Ölkə

Şəxsiyyət vəsiqələri tam rəqəmsallaşacaq - VİDEO

17 Aprel 2024 10:17
Baxış: 2 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək.

Nazir qeyd edib ki, qeyd olunan sənədlər həyat hadisələri ilə bağlı dövlət tərəfindən insanlara, cəmiyyətə təqdim olunan xidmətlərin təxminən 40%-ni təşkil edir.

Mərkəzi Bankın baş direktoru Ziya Əliyev isə ölkədə yeni yaradılacaq sığorta məlumat mərkəzinə diqqət çəkib. Bildirib ki, bu sahədə Türkiyə təcrübəsindən yararlanmaq sektor üçün yeni imkanlar formalaşdıracaq.

Ziya Əliyev əlavə edib ki, mərkəz fəaliyyətə başlayandan sonra sığorta bazarına onlayn şəkildə nəzarət etmək imkanları da yaranacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.