İran İsrailə raket atdı, öz şəhərini vurdu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
14 aprel hücumunu dəyərləndirsək, İran dövlətinin boş şüardan ibarət olduğunu gələrik. Ağılsız bir dövlətdir. Bölgəni və insanlığı hər zaman qana çəkə bilər, ancaq bu, İranın güclü olduğu mənasına gəlmir.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a Güney Azərbaycanın BMT-dəki nümayəndəsi, Azərbaycan Cümhuriyyət Partiyasının (ACP) rəsmisi Araz Yurdsevən İranın İsrailə hücumunu şərh edərkən deyib.
O bildirib ki, Güneyə aid bir çox qurum və təşkilatlar, eləcə də təmsil etdiyi partiya bu hücumu gülünc hesab edir:
"İran müxtəlif yollar axtarırdı ki, həm Dəməşqdəki SEPAH binasının vurulmasına görə İsrailə cavab versin, həm də ciddi savaşa girməsin. Nəhayət, gülünc bir hücumla "intqam"ını aldı. İsrailə 350 raket və PUA atsa da, bu, İranı xilas etmədi, əksinə gözdən saldı. Raket və PUA-ların 99 faizi zərərləşdirildi, İsrail yerinə öz şəhəri Şirazı vurdu.
Bu hücumdan sonra İran rəsmiləri savaş istəmədiklərini açıqca dilə gətirdilər. Çünki öz imkanlarını və nəyə qadir olduqlarını bir daha anladılar. Onlar sadəcə terror qrupları vasitəsi ilə bölgəni qarışdırmağı bacarırlar".
Qurum rəsmisi hücumun ağırlığının sadə İran xalqının üzərinə çökəcəyini bildirib:
"İran son illərdə Çin və bəzi ölkələrdən raket, PUA istehsalını öyrənib, inkişaf etdirsə də, hərbi imkanları geniş deyil. Bir gecəlik hücumun milyardlarla vəsait itkisi oldu. Xalq də gözəl anlayır ki, bunun əvəzini millətdən çıxacaqlar. Dünya dövlətlərinin bu hücumdan sonra Tehran rejiminə qoyacağı sanksiyaların əziyyətini millət çəkəcək. Biz ACP olaraq Güney Azərbaycan milli hərəkəti ilə birgə "Güney Azərbaycan İran deyil" şüarı altında İranın yaratdığı bütün fəsad, terror, cinayət və hətta baş verəcək hər hansı bir savaşdan Güney Azərbaycanı qorumağa çalışacağıq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
443 min nəfərə şad xəbər - Pul veriləcək
-
5 ildən köhnə olmayan maşınlarla bağlı yeni qərar
-
İsmail Kartalın yeni klubu bəlli oldu
-
Ev heyvanı saxlayanlara pis xəbər
-
Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası
-
26 yaşlı futbolçu qəfil öldü
-
Kuryerlərin vergi öhdəliyi dəyişir - Ayda cəmi 15 manat ödəyəcəklər?
-
Anar Rzayevə ağır itki
-
Ermənistan polis dövlətinə çevrilir
-
Pensiyaçılara gələn il bu qədər əlavə pul veriləcək
-
Valideynlərə 1500 manatlıq müavinət - Bu dəyişiklik gözlənilir
-
“Gecə saat 12-də restoranda niyə "pudra" vurum ki?” – Elgiz əsəbiləşdi - (Video)
-
Çipsi bahalaşa bilər - Hər kiloqrama 1 manat vergi təklifi
-
Ermənistanda milyarderin həbs müddəti uzadıldı
-
Xəzərdə fırtına gözlənilir - Dalğalar 5 metrədək yüksələcək
-
İpoteka ilə kirayə götürülən evlərdə yeni qayda - Kimlərə icazə verilir?
-
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı - Anası danışdı - (Video)
-
Bakı-Ağstafa qatarına əlavə reyslər açılır - Tarixlər
-
Polad Həşimovun anası ilə bağlı üzücü xəbər - (Yenilənib)
-
İspaniya çempionatında daha bir dəhşətli hadisə - (Video)
-
Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir
-
Prezident İlham Əliyev: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək
-
Qaxda BMW aşdı: Xəsarət alan var
-
Prezident İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb - (Yenilənib)





