Ölkə

Sabahdan Ramazan tətili başlayır

9 Aprel 2024 09:28
Baxış: 837
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabahdan müsəlman aləmi üçün müqəddəs sayılan Ramazan bayramı günləri başlayır.

Milli.Az Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı rəsmi məlumata əsasən xəbər verir ki, Ramazan bayramı 10-11 aprel tarixində qeyd ediləcək.

Bu məqsədlə də Baş nazir Əli Əsədovun Qərarı ilə Ramazan bayramında ardıcıl 5 qeyri-iş günü olacaq.

Belə ki, Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə aprelin 12-si həftənin cümə gününə təsadüf etdiyindən aprelin 6-sı şənbə günü ilə yerləri dəyişdirilib. Aprelin 12-si qeyri-iş günü, aprelin 6-sı isə rəsmi iş günü elan edilib.

Bu da o deməkdir ki, ardıcıl 5 gün - aprelin 10,11,12,13 və 14-ü iş olmayacaq. Aprelin 15-dən ölkə ərazisində rəsmi iş günüdür.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.