Ölkə

İsrailin Bakı səfirliyi təxliyə barədə məlumatı təkzib etdi

3 Aprel 2024 17:44
Baxış: 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Azərbaycandakı səfirliyi təxliyə barədə məlumatı təkzib edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə səfirlikdən bildiriblər.

"İsrail səfirliyi təhlükəsizlik məsələlərini şərh etmir. Səfirlik adi rejimdə fəaliyyət göstərməyə davam edir", - deyə diplomatik nümayəndəlikdən vurğulanıb.

Qeyd edək ki, bir qədər əvvəl İran mənbələri bildiriblər ki, İranın Dəməşqdəki konsulluğuna aviazərbəyə mümkün cavabı fonunda İsrail Bakı və Əbu-Dabidəki səfirliklərini təxliyə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.