Ölkə

Azərbaycan elminə ağır itki üz verdi - FOTO

13 Mart 2024 22:27
Baxış: 2 539
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan elminə ağır itki üz verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, professor, UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri Həsənov Əli Pənah oğlu vəfat edib.

Qeyd edək ki, o, 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub.

1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub. 1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini seçilib.

1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olub.

1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti;

1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru;
Ətraflı

2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru;

2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakultəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən "Qeyri-ərzaq malları əmtəəşünaslığı" kafedrasının, 2020-ci ilə kimi UNEC-in "İstehlak mallarının ekspertizası" kafedrasının müdiri olub.

22.10.2020-ci il tarixdən UNEC-in "Mühəndislik və tətbiqi elmlər" kafedrasının məsləhətçi-professorudur.

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin Sərəncamına əsasən "Tərəqqi" medalı, 2011-ci ildə isə "Şöhrət" ordeni ilə təltif olunub.

Prezident İlham Əliyevin 24 sentyabr 2020-ci il Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə Əli Pənah oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Ailəlidir, dörd övladı var.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.