Xocalıdakı kütləvi məzarlıqda Natiq Qasımovun nəşi aşkar edilib? - RƏSMİ CAVAB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Komissiyası Xocalı rayonu (keçmiş Əsgəran rayonu) ərazisində tapılan kütləvi məzarlıqdan Natiq Qasımovun nəşinin aşkar edilib-edilməməsi ilə bağlı məsələyə aydınlıq gətirib.
Milli.Az xəbər verir ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Eldar Səmədov APA-ya açıqlamasında deyib ki, I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının axtarışları davam etdirilir.
"Bu, çox mürəkkəb prosesdir. Bu il 9 fevralda qazıntı prosesində Xocalı soyqırımı zamanı qətlə yetirilmiş vətəndaşlara aid olduğu ehtimal edilən 8 nəfərdən artıq şəxsin meyitinin basdırıldığı kütləvi məzarlıq aşkar edilib. Dövlət Komissiyası I Qarabağ müharibəsində itkin düşmüş bütün Azərbaycan vətəndaşlarının, həmçinin Natiq Qasımovun axtarışlarını davam etdirir. Təəssüf ki, Natiq Qasımovun dəfn yeri barədə Dövlət Komissiyasında məlumat yoxdur. Ancaq ehtimal etmək olar ki, onun meyiti Xocalı rayonu (keçmiş Əsgəran) ərazisində dəfn edilib. Bu mövzuda daha təmkinli olmalıyıq. Qalığın məzardan tapılması hələ ilkin mərhələdir. Qalığın kimə aid olması isə araşdırmadan sonra məlum olur. Bu araşdırmalar da gedir. Bu istiqamətdə iki laboratoriyada işlər davam etdirilir.
Məsələn, 2021-ci ilin fevralın 17-də Daşaltıda aparılan qazıntı zamanı orada iki kütləvi məzarlıq aşkar edilib. Orada müəyyən edilmiş meyit qalıqlarının bir hissəsini yalnız 2023-cü ildə eyniləşdirmək mümkün olub. Bu iş davam etdirilir. Bir daha vurğulayıram ki, kütləvi məzarlıqdan tapılan meyit qalığının kimə aid olmasını yalnız aparılan molekulyar-genetik araşdırmadan sonra demək mümkündür. Bu iş ciddi vaxt, insan və maliyyə resursu tələb edir", - Eldar Səmədov deyib.
Qeyd edək ki, Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı 6 döyüş yoldaşı həlak olduqdan sonra 5 gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından 6-cı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürülməsi faktı Rusiyada nəşr edilən "Oqonyok" jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində "Strax" adlı məqalədə təsvir edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
XƏBƏR LENTİ
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezindet İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
-
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
-
Xalq artistinin iş yeri bəlli oldu
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Həmin toyda gəlinə taxılan qızıllar kirayə imiş...
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Vulkana reportaj çəkməyə getdilər, geri qayıtmadılar - 7 nəfər itkin düşdü





