Ölkə

Azərbaycanda dollara tələbat artır: məzənnə yüksələcək? - VİDEO

24 Fevral 2024 13:44
Baxış: 1 000
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar Azərbaycanda əhali daha çox dollar almağa başlayıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Mərkəzi Bankda keçirilən valyuta hərracında dollara tələb yüksək olub. Hərracda banklar 108,1 milyon dollar dəyərində xarici valyuta alıblar.

Mərkəzi Bank tələbin artmasını mövsümi məsələlərlə əlaqələndirsə də, ekspertlər bununla tam razılaşmırlar.

İqtisadçı-ekspert Eyyub Kərimli deyir ki, sosial şəbəkələrdə dolların məzənnəsinin artacağı ilə bağlı yayılan yalan məlumatlar bu valyutanın alışına xeyli təsir edir. Bununla yanaşı, təbii amillər də var.

Eskpertlər hesab edirlər ki, prosesin daha dəqiq qiymətləndirilməsi aprel ayında aparıla bilər. Bayramlardan sonra süni amillərin tələbatın artmasına nə dərəcədə təsir etdiyini daha dəqiq görmək mümkün olacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.