Ölkə

Hikmət Hacıyev: Xocalı soyqırımına görə Ermənistan dövlət kimi məsuliyyət daşıyır

23 Fevral 2024 18:26
Baxış: 505
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xocalıda aşkarlanan kütləvi məzarlıqlardakı insan qalıqlarının kimliyi DNT analizi ilə müəyyənləşdiriləcək.

Milli.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" platformasındakı paylaşımında qeyd edib.

"Xocalıda daha bir kütləvi məzarlıq aşkarlanıb. Ola bilsin ki, bu adsız və günahsız mülki qurbanların qalıqlarının 1992-ci il 26 fevralda törədilmiş Xocalı soyqırımının növbəti ildönümündə tapılması ilahi ədalətdir. Onların kimlikləri DNT analizləri ilə müəyyən ediləcək. Ermənistanın hərbi təcavüzü nəticəsində təxminən 4000 azərbaycanlı itkin hesab olunur. Ermənistan kütləvi şəkildə qətlə yetirilmiş azərbaycanlıların basdırıldığı bu cür kütləvi məzarlıqlarla bağlı məlumat verməkdən imtina edir", - Hikmət Hacıyev qeyd edib.

Prezidentin köməkçisi beynəlxalq hüquqa əsasən istənilən dövlətin beynəlxalq səviyyədə yol verdiyi haqsızlıqlara görə beynəlxalq məsuliyyət daşıdığını vurğulayıb: "Ermənistan Respublikası Xocalı soyqrımına və azərbaycanlılara qarşı digər haqsız hərəkətlərinə görə dövlət məsuliyyəti daşıyır. Ermənistan Respublikası hələ də Azərbaycan xalqından və dövlətindən 30 illik hərbi işğala, xüsusilə də Xocalı soyqırımına görə üzr istəməyib".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.