Fransa israrla regiondakı sabitliyə zərbə vurmağa çalışır - Azər Qarayev
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransa israrla regiondakı sabitliyə zərbə vurmağa çalışır.
Milli.Az bildirir ki, bunu Trend-ə politoloq Azər Qarayev deyib.
A.Qarayev bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Fransaya səfəri və Fransa Prezidenti Makronla görüşlərində bir sıra maraqlı məqamlar var idi.
"Nikol Paşinyanla Makron arasında görüşdən olan kadrlara baxanda Fransa prezidentinin Paşinyanın üzərinə çətir qaldırması diqqət çəkir. Fransa sanki Ermənistanın onların çətiri altında olmasını göstərməyə çalışır. Reallıq isə bundan ibarətdir ki, Fransa Ermənistan vasitəsilə regiondakı maraqlarını təmin etməyə çalışır. İrəvana "tam dəstək" vəd edən Fransa prezidentinin çıxışı bütünlüklə Azərbaycana qarşı yönəlmiş, Bakıya təsir cəhdlərindən ibarət bəyanatlar toplusu sayıla bilər", - deyə A.Qarayev əlavə edib.
A.Qarayev onu da vurğulayıb ki, Fransanın məqsədi Cənubi Qafqazda stabilliyin bərqərar olması, mümkün eskalasiya və risklərin qarşısının alınması yox, məhz Ermənistan vasitəsilə regionda möhkəmlənmək və maraqlarının təminatına can atmaqdır.
"Makronla Paşinyanın görüşündən sonra Fransa Müdafiə Naziri Sebastyan Lekornyunun Ermənistana səfəri də Fransanın yürütdüyü siyasətin tərkib hissəsidir. Yenə də fransalı rəsmi Ermənistana növbəti vədlər verməyə başlayıb.
Ermənistan və Fransa hərbi əməkdaşlıq barəsində sənədlər paketi imzalayıblar. Fransanın Ermənistana gecəgörmə cihazları göndərdiyini və "Bastion" zirehli maşınları göndərəcəyini qeyd edib.
Göründüyü kimi Fransa israrla Ermənistanı silahlandırmağa cəhd göstərir və buy olla regionda əslində sülh olmayacağını da bilir. Deməli, Fransanın sülhlə bağlı açıqlamaları boş söz yığınıdır, bu ölkənin məqsədi regiondakı sabitliyi pozmaqdır" - deyə A.Qarayev əlavə edib.
Politoloq qeyd edib ki, Fransanın Azərbaycanla bağlı tutduğu qərəzli rəsmi Bakının adekvat reaksiya verməsinə səbəb olub.
"Emmanuel Makron ölkəmizlə normal, adekvat və rasional, əsas isə maraqlarla mənafelərin qarşılıqlı şəkildə təmin olunacağı əlaqələr istəyirsə, ilk əvvəl siyasətini və mövqeyini dəyişməlidir. Azərbaycan Ermənistandan fərqli olaraq, hər zaman müstəqil siyasət yürüdüb. Heç kimin çətirinin altına girməyib.
Emmanuel Makron, özünü və Paşinyanı sülh tərəfdarı, rəsmi Bakını isə "təklifi qəbul etməyən tərəf" qismində göstərmək əvəzinə daha adekvat siyasət yürütməlidir. Azərbaycan özünü etibarlı tərəfdaş kimi bütünü dünyaya isbatlayıb. Artıq hər kəs də anlamalıdır ki, nə Ermənistan vasitəsilə, nə də digər bir yolla Azərbaycana təzyiq göstərmək mümkün deyil" - deyə A.Qarayev əlavə edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi
-
Olivye Jiru karyerasını bu tarixdə bitirəcək
-
Ermənistanda Ağrı dağı ilə bağlı növbəti qadağa
-
Fernando Alonso karyerası barədə qərar verdi
-
Zamanı ən dəqiq ölçən saat hazırlandı
-
Melis Sütşurup əri Mustafa Sandalla Dubaya qaçıb?
-
“Nar” ilin ən yüksək nəticə göstərən abituriyentlərini mükafatlandırdı - (Foto)
-
Nurgül Yeşilçay: "Yenidən gənc olmaq istəməzdim"
-
Qapağı şişibsə, yeməyin - Xəbərdarlıq
-
Gədəbəyin yeni icra başçısı kollektivə təqdim edildi
-
İnfantino FIFA-ya göstərdiyi dəstəyə və U-15 Dünya Çempionatının keçirilməsinə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama





