Ölkə

Konstitusiya Məhkəməsinin yeni hakimi kimdir? - DOSYE

23 Fevral 2024 12:52
Baxış: 1 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parlamentin fevralın 23-də keçirilən plenar iclasında Azərbaycan Prezidenti İlham Əliyevin sabiq nazir Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında təqdimatı səsverməyə çıxarılaraq qəbul edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Fikrət Məmmədov 1977-ci ildə  Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı Ali Partiya Məktəbini (Dövlət İdarəçilik Akademiyası) bitirib.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlayıb.

O, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləyib.

Sonralar Fikrət Məmmədov respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994-2000-ci illərdə Baş prokurorun müavini olub.

2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.

Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunub.

2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.