Sumqayıtda açıq sahədə yanğın olub.
Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Qurd dərəsi yaşayış massivi ərazisində qeydə alınıb. 500 kv.metr kol-kos və 7 ədəd müxtəlif ağac yanıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb.
Hadisənin səbəbi araşdırılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun