Ölkə

Bakı il “sülh arxitekturası” razılaşdırılıb, imzalamağa hazırıq

12 Fevral 2024 00:48
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın "Teleqraf" qəzetinə müsahibəsində bildirib.

"Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq", - o qeyd edib.

Paşinyan güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq:

"Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.