Ərazilərimizi minadan təmizləmək üçün beynəlxalq dəstək çox azdır - Hafiz Səfixanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən Tərtər rayonu Qızıloba kəndi ərazisində mina partlayışı nəticəsində rayonun Qaradağlı kənd sakini, 2001-ci il təvəllüdlü Əliyev Həsənəli Şahin oğlu ayağından xəsarət alıb.
Ermənistanın Azərbaycana qarşı mina terroru davam etməkdədir.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib ki, keçmiş cəbhə xətti ən çox minalanmış yerlərdən biridir.
"Qızıloba kəndində artıq neçənci dəfədir mina partlayışı baş verir. Vətəndaşlarımız minalarla bağlı maarifləndirmə tədbirlərində verilən təlimatlara ciddi əməl etməlidirlər. Çünki azad edilmiş ərazilərimizdə və düşmənlə keçmiş təmas xəttində minaların, partlamamış sursatların sayı həddindən artıq çoxdur. 2020-ci ildə Vətən Müharibəsi bitdikdən sonra aparılan tədqiqatlar nəticəsində məlum olub ki, düşmən işğalından azad edilən ərazilərdə təxminən bir milyon yarım mina və partlamamış sursat var. Ötən il anti-terror tədbirləri nəticəsində azad edilmiş ərazilərdə də çox sayda mina və silah-sursata rast gəlinir.
Biz ötən ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd ərazilərində monitorinqlər apardıq. Monitorinqlər Ermənistan, Türkiyə və İranla sərhəddə aparılıb. Yalnız Ermənistanla sərhəddə mina olması faktı qeydə alınıb. 2021-ci ildə Ermənistanla sərhəd olan Şərur rayonunun Günnüt kəndində bir nəfər minaya düşüb. Naxçıvanın Ermənistanla sərhədində mina problemi olsa da, bu, azad edilmiş torpaqlarda olan təhlükədən dəfələrlə azdır.
Ərazilərimizi minadan təmizləmək üçün beynəlxalq dəstək çox azdır. Belə ki, Azərbaycanda bu fəaliyyətə sərf edilən vəsaitin 4%-i beynəlxalq təşkilatlardan gəlir".
Xatırladaq ki, 2020-ci il müharibəsinin bitməsindən indiyədək mina qurbanlarının ümumi sayı 342 nəfərə çatıb, onlardan 65-i həlak olub (50-si mülki şəxs, 15-i hərbçi).
Qeyd edək ki, azad olunan ərazilərdə yanvar ayı ərzində 40 tank əleyhinə mina, 123 piyada əleyhinə mina, 203 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Həmçinin, 734,7 hektar ərazi minadan təmizlənib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
General qızı ilə bağlı qərar verildi
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial media hesablarında "Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirakına dair paylaşım edilib - (Video)
-
Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib - (Foto)
-
Prezident İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
-
Devrim Özkan ərəb şeyxi ilə 1 saatlıq yemək üçün 2,5 milyon dollar alıb?
-
Dublin sammitində nələr müzakirə olunur? - (Video)
-
Bəzi məhsullar bahalaşıb - Siyahı
-
General qızı ilə bağlı qərar verildi
-
Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü gözlənilir
-
Xalq rəssamı Oqtay Şıxəliyevin 95 illik yubileyinə həsr olunmuş sərginin açılışı keçirilib - (Foto)
-
COP31-də 15 milyard dollarlıq razılaşma
-
Onların maaşları artırılsın - Deputatdan çağırış
-
Gülər Hüseynovadan tarixi uğur - Azərbaycan boksunda ilk
-
Əli Əmirlinin “İki aktrisa üçün baş rol” əsəri əsasında eyniadlı yeni tamaşanın məşqlərinə başlanılıb - (Foto)
-
Bakıda məşhur restoranın kababında təhlükəli bakteriya aşkarlandı
-
Ağciyər Xəstəlikləri İnstitutunun bir korpusunun fəaliyyəti dayandırıldı
-
Sabah dünyanın sonu olacaq? - 66 il əvvəlki araşdırma yenidən gündəmdə
-
Əvvəllər milyonlar qazanan kişi indi küçələrdə çətin vəziyyətdədir - (Video)
-
Bakıda iki marşrut xəttində avtobuslar yenilənir
-
Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Maykl Kerrik qovuldu
-
Putin Kremldə Uitkoff və Kuşnerlə görüşdü
-
Bakıda daha bir böyük idman tədbiri keçiriləcək
-
Pərvin Abıyeva: “Bir-iki saatlıq xəyanətə görə ailə dağıtmayın" - (Video)





