Ölkə

Əhliman Əmiraslanov qızılcadan ölənlərlə bağlı gerçəyi açıqladı

18 Yanvar 2024 12:28
Baxış: 1 244
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərbaycanda əhali arasında peyvəndlərlə bağlı düzgün təbliğat işinin aparılmasına ehtiyac var".

Milli.Az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, bəzən peyvəndlərin ziyanlı olması, xüsusilə gen səviyyəsində insana ziyan vurması ilə bağlı fikirlər yayılır: "Hətta həkimlər arasında belə fikirlər vardı. Gərək biz insanları inandıraq ki, əgər övladlarımızın yoluxucu xəstəliklərdən dünyasını dəyişmələrini istəmiriksə, bunun bir yolu var. Bu da peyvəndlənmə yoludur. Dünyada peyvəndləmə ilə bağlı belə yanlış fikirlər yoxdur. Amma bizdə bu cür neqativ fikirlər yayılır".

Ə. Əmiraslanov əlavə edib ki, ölkədə son vaxtlar qızılcadan vəfat edənlərin hamısı peyvənd olunmayan şəxslərdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.