Ölkə

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimi keçirilir

10 Dekabr 2023 12:47
Baxış: 422
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi bağlanış mərasimi keçirilir.

Milli.Az APA-ya istinadən bildirir ki, tədbir Prezident İlham Əliyevin Şuşa şəhərinin "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşir.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov, Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və türk dövlətlərinin mədəni-ictimai xadimləri, həmçinin media mənsubları iştirak edir.

Xatırladaq ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilmişdi. "Paytaxt ili" çərçivəsində Şuşada müxtəlif səpkili tədbirlər keçirilib, qədim şəhərin tarixi-mədəni zənginlikləri təbliğ olunub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.