Ölkə

Bu şəxslərə yeni hüquq verilir

8 Dekabr 2023 21:54
Baxış: 472
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanda barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxslərə yeni hüquq verilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Cinayət-Prosessual Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, barəsində cinayət təqibi üzrə qiyabi icraat nəticəsində qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı qəbul edilmiş şəxsin ərizə verərək, həmin qərarın ləğv edilməsini və cinayət işinə yenidən baxılmasını tələb etmək hüququ müəyyən edilir.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.