Ölkə

Ermənistana verilən silahlardan Ukrayna niyə imtina edib? - VİDEO

7 Dekabr 2023 14:36
Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransa və Hindistan Ermənistanı silahlandırmaqla regionda sabitliyin gərginləşməsinə xidmət edir. Bu gün regionda həssas sülh prosesinin getdiyi bir dönəmdə Ermənistanın silahlandırılması həmin ölkələrin məkirli niyyətinin göstəricisidir. Ermənistanı silahlandıranlar nəzərə almalıdırlar ki, Azərbaycan güclü orduya malikdir və ən müasir silahlarla təchiz olunub.

Məsələ ilə bağlı  Trend-ə açıqlama verən siyasi şərhçi Elşad Həsənov bildirib ki, regionda sabitliyin olmasını istəməyən ölkələr var və onlardan biri də Fransadır.

"Ermənistana verilən hərbi texnika və silahları Ukrayna qəbul etmədi, çünki həmin zirehli texnika hərbçilərin təhlükəsizliyini tam təmin etmir.

Ermənistan nə qədər silahlansa da, Azərbaycan ordusunun silahları qat-qat ondan güclüdür. Azərbaycan ordusu ən müasir silahlarla təchiz olunub", - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.