Ölkə

Hüseynin anası - Artıq ürəyim partlayır...

6 Dekabr 2023 16:05
Baxış: 1 450
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun hərbçisi Hüseyn Axundova ömürlük həbs cəzası verilib.

Milli.Az xəbər verir ki, H.Axundovun anası Şəlalə Axundova Pravda.az-a açıqlamasında çağırış edib.

"Heç nədən xəbərimiz yox idi. Mənə indi yaxınlarım xəbər verdilər. "Telegram"da da oxudum. Jurnalistlər gəlsinlər, çəkiliş etsinlər. Çağırış etmək istəyirəm. Hara gedəcəyimi, nə edəcəyimi bilmirəm... Artıq ürəyim partlayır. Daha bəsdir, balamı gətirin. Prezidentimizdən xahiş edirəm, Hüseyni düşmən əlində buraxmasın. İnanıram ki, dövlətimiz tədbir görəcək. Azərbaycan dövləti bir əsgərini belə düşmən əlində bu günə qədər buraxmayıb, buraxmaz da. Balam düşmən torpağında çürüyəsi deyil. Günahsız yerə görün oğluma nələr edirlər", - deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.