Azərbaycan və İran admiralları Bakıda görüşdü - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Sübhan Bəkirov Bakıda səfərdə olan İran İslam Respublikası Ordusunun HDQ komandanı kontr-admiral Şəhram İrani ilə görüşüb və əməkdaşlıq məsələlərini müzakirə edib.
Müdafiə Nazirliyindən bildirilib ki, görüşdən əvvəl təntənəli qarşılanma mərasimi keçirilib.
Qonaq fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Ümummilli Lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Sonra protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
HDQ-nin qərargah binasında keçirilən görüşdə Azərbaycan-İran hərbi dənizçiləri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Hərbi qulluqçuların peşəkarlığının artırılması, eləcə də qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Xəzər dənizində birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüş zamanı İran nümayəndə heyətinə Azərbaycan HDQ haqqında brifinq təqdim edilib.
Sonda qarşılıqlı hədiyyələr verilib və xatirə şəkli çəkdirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Məşhur futbolçu Romada evləndi - FOTO
-
Taleh Yüzbəyov depressiyadan bu yolla çıxır
-
Zərdabda dəm qazı faciəsi - Nənə öldü, nəvə...
-
Günün qoroskopu: Partnyorunuzla gizli duyğuları bölüşmək zamanıdır
-
Çinə ən çox borcu olan ölkələr açıqlandı - Rusiya, Türkiyə, İran...
-
Azərbaycanda iki rəis vəzifəsindən azad olundu
-
Klub ÇL-yə vəsiqə qazansa da, baş məşqçini göndərdi
-
“Bundan gözəl nə ola bilər?” - Cavid Qurbanov
-
Leylan Nəsirovaya yüksək vəzifə verildi
-
Azərbaycan polisi asayişin keşiyində: Operativ reaksiya və təhlükəsizlik
-
Türkiyədə zəlzələ oldu
-
Bakı–Tbilisi–Bakı sərnişin qatarı yola düşdü
-
İranda internetlə bağlı mühüm qərar
-
Tbilisi qatarının ilk sərnişinləri arasında Cavid Qurbanov da var - FOTO
-
Həştərxan vilayətinin qubernatoru Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi şəhər və rayonlarda işıq olmayacaq
-
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
-
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir - YENİLƏNİR
-
Tbilisiyə daha ucuz sərnişindaşıma imkanları araşdırılacaq - ADY
-
Üç otaqlı mənzildə modem hara qoyulmalıdır?
-
3-cü qızı üçün 50 qurban bağışladı
-
Alleqri “Milan”dan getdi
-
Serenay Sarıkaya sərbəst buraxıldı - YENİLƏNİB
-
Fənərbağçanın "bəyənilməyən" oyunçusunu İngiltərə klubu 35 milyona alır





