Bakıda bu yollarda hərəkət qaydaları dəyişdi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakıdsa Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, agentklik tərəfindən sıxlıq müşahidə edilən küçələrdə nəqliyyat yükünün azaldılması, paytaxt yollarında münaqişəli nöqtələrin minimuma endirilməsi və təhlükəsizlik səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Belə ki, növbəti infrastruktur layihəsi Səməd Vurğun küçəsinin Füzuli və Şəmsi Bədəlbəyli küçələri ilə kəsişmələrində həyata keçirilib. Bu ərazidə yol hərəkətinin təşkilində dəyişiklik edilib.
Həyata keçirilən işlər çərçivəsində Səməd Vurğun küçəsinin Şəmsi Bədəlbəyli və Füzuli küçələri ilə kəsişmələrində ikitərəfli hərəkət təşkil edilib. Geriyədönmə yerinin ölçülərini dəyişməklə Füzuli küçəsində yalnız sola hərəkətə icazə verən zolaqda düzünə və sola hərəkət təmin edilib. Piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə panduslar inşa olunub. Ərazidə müvafiq nişanlar quraşdırılıb və nişanlanma xətləri çəkilib.
Görülən işlər Şəmsi Bədəlbəyli küçəsindən Səməd Vurğun küçəsinə şimal istiqamətində birbaşa çıxış imkanı yaradıb. Bununla da kəsişmədə münaqişə nöqtələri minimuma endirilib, Rəşid Behbudov və Şəmsi Bədəlbəyli küçələrinin nəqliyyat yükü azalıb, yollarda təhlükəsizlik səviyyəsi yaxşılaşdırılıb.
Qeyd edək ki, infrastruktur layihəsi nəticəsində Füzuli küçəsinin hərəkəti buraxma qabiliyyətinin 30%-ə qədər artacağı gözlənilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb
-
Prezident İlham Əliyev Belçika Kralını milli bayramları münasibətilə təbrik edib
-
İspan ulduz "Real Madrid"ə keçmək istəyir
-
Salyanda dörd nəfərin öldüyü dəhşətli qəzanın səbəbi məlum oldu - (Video)
-
Hansı reklamlar İnzibati Xətalar Məcəlləsini pozur?
-
4 cinayətin üstü açıldı
-
İspaniya millisi qələbədən nə qədər qazanıb?
-
Sevil-Sevincin müzakirə yaradan görüntüsü - (Video)
-
Messi Argentina millisi ilə vidalaşır
-
Azərbaycan neftinin qiyməti 93 dolları keçdi
-
Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
-
Kanadada yaşayan azərbaycanlı gənc faciəvi şəkildə vəfat etdi
-
Azərbaycanda 5 ayda 34 mindən çox uşaq doğulub
-
Oğuzhan Uğur həbs olundu
-
İyulun 22-də bütün pensiyalar köçürüləcək
-
Azərbaycanda 5 ayda 8 mindən çox boşanma qeydə alınıb
-
Azərbaycan əhalisinin sayı açıqlandı
-
Magistraturaya ixtisas seçimi başladı
-
Messi məğlubiyyətdən sonra ilk dəfə danışdı: "Asan olmayacaq”
-
Prezident İlham Əliyev Böyük Britaniyanın yeni Baş nazirini təbrik edib
-
“Sultan Həsən Bahadur” filminin təqdimatı keçirildi - (Foto)
-
Pirallahıda avtobus piyadanı vuraraq öldürdü
-
Pərvindən onu zövqsüz adlandıran izləyiciyə sərt cavab
-
ÇL: "Sabah" “KuPS”a qarşı





