Ölkə

Bakıda hədə-qorxu gələn keçmiş məhkum bu yolla tutuldu

1 Dekabr 2023 12:59
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda hədə-qorxu ilə bir nəfərin 1000 manat pulu alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bakı şəhər sakini olan bir nəfərdən hədə-qorxu gəlməklə 1000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq, dələduzluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Ə.Əhmədov noyabrın 27-də yenidən həmin şəxsdən 9000 manat pulu alarkən saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.