Türkiyədə saxlanılaraq Bakıya deportasiya edilən 29 yaşlı nepallı gənclə bağlı məhkəmə qərar verib.
Milli.Az qaynarinfo-ya istinadən xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, 16 avqust 1994-cü il təvəllüdlü nepallı gənc Kamolano (ad şərti) dostu Krişnanın paspotu ilə Nepal, Hindistan, Azərbaycan və Türkiyəyə səfərlər edib.
Kamolano Türkiyədə yaşamaq üçün vizasının müddəti bitdikdən sonra vizanın etibarlılıq müddəti rəsmi qaydada artırılmayıb və rəsmi qaydada sözügedən ölkədən çıxarılmaqla Yunanıstanın sərhədinə aparılıb. Bundan sonra yunan sərhədçiləri tərəfindən saxlanılıb və sənədləri yunan polisi tərəfindən məhv edilib. Bir neçə gün sonra polisdən yayınaraq Yunanıstanın ərazisindən qaçaq yolla Türkiyəyə keçib. O, bundan sonra dostu, 4 avqust 1998-ci il təvəllüdlü Nepal vətəndaşı Krişnanın paspotu ilə İstanbul-Katmandu aviareysi ilə Nepala gedib.
Orada valideynləri onun buddist qadınla ailə həyatı qurduğunu öyrənərək onu qəbul etməyib və buna görə də yenidən Türkiyə qayıtmaq qərarına gəlib. Təxminən 15-20 gün önce Katmandu-Dehli istiqamətində avtobusla Hindistanın Dehli şəhərinə gedib. Oradan Dehli-Bakı aviareysi ilə Azərbaycana şəhərinə gəlib. Bakıda oteldən iki gün qaldıqdan sonra Krişnanın pasportunu dövlət sərhədini keçməsi məqsədi ilə sərhədçiyə təqdim edib. Sərhədçi pasportunu yoxladıqdan sonra onu dövlət sərhədindən buraxılıb. Bakı-Ankara aviareysi ilə Türkiyəyə gedən Kamolano Ankara Hava limanında Krişnaya məxsus pasportla saxlanılaraq Bakıya deportasiya olunub.
Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyev Azərbaycan, Türkiyə və Yunanıstan sərhədçilərini aldadan və Bakıda həbs edilən 29 yaşlı Nepallı gənclə bağlı məhkəməyə məktub göndərib. General-leytenant məktubunda göstərib ki, təqsirləndirilən şəxs 9 aprel 2023-cü il tarixdə saat 15 radələrində özgəsinə məxsus NPL 08199048 nömrəli pasport əsasında Bakıda dövlət sərhədini keçərək Azərbaycandan Türkiyəyə gedə bilib.
Məhkəmənin qərarı ilə Kamolano Cinayət Məcəlləsinin 318.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və ona 8 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun