Ölkə

10 universiterdə akkreditasiya prosesi yekunlaşıb

28 Noyabr 2023 15:09
Baxış: 544
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

10 universiterdə akkreditasiya prosesi yekunlaşıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədr müavini Kamran Rəsulov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu il 13 universitetin akreditasiyası tamamlanacaq.

"Dekabrda Akkreditasiya Şurasının üçüncü iclasının keçirilməsi planlaşdırılır. Növbəti ildə də 13 universistetdə akkreditasiya həyata keçiriləcək. Üç universitet isə bir il sonra yenidən akkreditasiyadan keçiriləcək. Universitetlərə bu proseslə bağlı təlim dəstəyi verilir", - deyə o əlavə edib.

K.Rəsulov bildirib ki, bu il, həmçinin, 5215 xarici diplom tanınıb.

"1055 diplomun isə tanınmasından imtina edilib. 2023-cü ildə 8 yeni ixtisasın peşə ixtisasları üzrə tanınma və qiymətləndirilməsi həyata keçirilib. Bundan əlavə, 93 məktəbdə və 28 məktəbəqədər təhsil müəssisələrində inspeksiya fəaliyyəti həyata keçirilib", - deyə o bildirib.

Qeyd edək ki, "Effektiv kommunikasiya" mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.