Ölkə

Xəzər quruyur, ciddi təhlükə var

27 Noyabr 2023 21:00
Baxış: 796
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəzərin Qazaxıstan sahillərində dəniz suyunun çəkilməsi çox sürətli hal alıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bununla bağlı "Vestnik Kavkaza" məlumat yayıb.

Bildirlib ki, Atırau şəhərindəki böyük liman fəaliyyətini dayandırıb, balıqçı kəndləri quraqlıq təhlükəsi ilə üzləşib.

Digər tərəfdən isə küləklə birlikdə havaya qalxan qurumuş lil sakinlərin həyatı üçün risk təşkil edir.

Məlumatda 2040-cı ildə su çatışmazlığının 15 milyard kubmetr təşkil edəcəyi bildirilib.

Problemin həlli yolları üzərində işləmək üçün Qazaxıstanın Su Təsərrüfatı Nazirliyinin nəzdində xüsusi tədqiqat institutunun qurulmasına qərar verilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.