Ölkə

Bu xəstəxanaya yeni direktor təyin olundu - FOTO

23 Noyabr 2023 11:50
Baxış: 1 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru vəzifəsinə təyinat olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu vəzifəni Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının keyfiyyətə nəzarət sektorunun müdiri Pərviz Məhsimov icra edəcək.

Bu barədə TƏBİB-in İcraçı direktorui Vüqar Qurbanov əmr imzalayıb.

Qeyd edək ki, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru Kamran Paşayev bu il avqust ayının 31-də ürəktutmasından vəfat edib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.