Bakıda gün ərzində dəm qazı normadan yüksək olub.
Bu barədə Milli.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.
Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən yalnız dəm qazı 1.2 dəfə normadan yüksək müəyyən edilib.
Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun