DYP-dən sərnişindaşıma ilə məşğul olanlara XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Dövlət Yol Polis İdarəsi sərnişindaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edib.
Milli.Az-ın məlumatına görə, müraciətdə deyilir ki, son vaxtlar avtobus və mikroavtobus sürücüləri tərəfindən tez-tez yol-nəqliyyat hadisələrinin törədildiyinin şahidi oluruq.
"Təsadüfi deyil ki, təkcə cari ilin 9 ayı ərzində respublika ərazisində avtobus və mikroavtobusların iştirakı ilə 1806 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, nəticədə avtobus sürücülərinin təqsiri ucbatından 17 nəfər hayatını itirib, 25 nəfər isə xəsarət alıb. Bu statistikanın yekun hüquqi qiymətini almış yol-nəqliyyat hadisələrini ifadə etdiyini və hələ onlarla icraatın ibtidai araşdırma mərhələsində olduğunu nəzərə alsaq, görərik ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil.
Təhlillər göstərir ki, ölkəmizdə avtobus və mikroavtobusların iştirakı ilə qeydə alınan yol-nəqliyyat hadisələrinin ağırlıq dərəcəsinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərən başlıca amillərdən biri də qəzada iştirak edən ictimai nəqliyyat vasitələrinin köhnəlmiş, texniki-təhlükəsizlik baxımından yararsız olmasıdır", - məlumatda bildirilir.
Vurğulanıb ki, araşdırmalar zamanı qeyri-qanuni yollarla texniki baxışdan yayındırılan, nasaz halda istismar edilən avtobusların əsasən mərkəzdən kənarda, Bakıətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərdiyi müəyyən edilib:
"Həmin sürücülərin, eləcə də, avtobusların məxsus olduğu şirkətlərin müəyyən edilməsi, bu sahədə nizam-intizamın yaradılması məqsədi ilə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları tərəfindən mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir.
Lakin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, hələ də dövlət qeydiyyat nişanını müxtəlif üsullarla gizlədərək, inzibati məsuliyyətdən yayınmağa çalışan, nasaz vəziyyətdə olan avtobus və mikroavtobuslarla sərnişin daşıyan, alkoqoldan, naktotik vasitələrdən istifadə edərək sərxoş vəziyyətdə sərnişinlə dolu avtobus idarə edən sürücülərə rast gəlinir ki, bu da sonda böyük faciələrin yaşanmasına gətirib çıxarır.
Bir daha texniki standartlara cavab verməyən, insanların həyat və sağlamlığı üçün təhlükə yaradan avtomobillərlə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin nəzərinə çatdırırıq ki, bu kimi hallar aşkarlandığı təqdirdə həmin şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
XƏBƏR LENTİ
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
-
"Şəki Yaylası"nda faciəvi şəkildə ölən Coşqunun (Fotosu)
-
"Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölməsi ilə bağlı araşdırma aparılır - Yenilənib - (Video)
-
Nə istədiyini bilməyən bürclər
-
Balaxanıdakı yanğın söndürülüb - Yenilənib - (Video)
-
“Taşacak bu deniz”lə bağlı dəyişiklik edildi
-
8 il idi ki, axtarışda idi - Qadın cildinə giribmiş - (Foto)
-
"7 yaşımdan əməliyyat olunuram" - Murat Dalkılıç
-
"Qarabağ"a baxıb xəyal edirdik, indi gerçəkləşir" - Tellur Mütəllimov
-
"Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib
-
“Ağır günündə yanında oldum, amma anam öləndə zəng də vurmadı” - Elgiz Əkbər
-
Nazim Hüseynliyə ağır itki
-
ABŞ rəsmiləri ilə Azərbaycan-Ermənistan sülh prosesi və TRIPP müzakirə olunub - (Foto)
-
Suraxanıda 14 kq narkotik aşkarlanıb
-
Leyla Əhmədova ev dustaqlığına buraxıldı - Yenilənib
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs olundu - (Video)
-
Bədavi Hüseynovla müsahibə: "Qarabağ" təslim olmamaq nümunəsidir"
-
Güclü yağış altında ikili yubiley – III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalı belə başladı - (Foto)
-
Polis gücləndirilmiş iş rejimində xidmət aparır
-
Naxçıvandakı pensiyaçılara şad xəbər
-
PAŞA Real Estate - FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu - (Video)
-
Bakıda hər yağışdan sonra eyni mənzərə: Problemin səbəbi nədir?
-
Anar Əsədli barəsində qərar verildi





