"Beynəlxalq arenada ortaq maraqlarımızı qorumağa nail ola bilərik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Beynəlxalq ictimaiyyət COVID-19 pandemiyası kimi misli görünməmiş bir çağırışla necə mübarizə barədə çaşqın olduğu bir dövrdə Azərbaycanın sədrliyi altında məhz Qoşulmama Hərəkatı qlobal səylərin birləşdirilməsində önəmli rol oynayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Qoşulmama Hərəkatının Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi üzrə Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, 2020-ci ilin mayında Hərəkatın onlayn zirvə görüşü və daha sonra dekabrında BMT Baş Assambleyasının məsələ üzrə xüsusi sessiyasının keçirilməsi bunun bariz nümunəsi olub.
"Bu fəaliyyətlərə əlavə olaraq, Hərəkatın yeni yaradılmış Parlament şəbəkəsi və Gənclər Təşkilatı kimi təsisatlarının çoxtərəfli əməkdaşlığa ciddi töhfə olduğunu böyük qürur hissi ilə qeyd etmək istərdim. 2023-cü ilin iyul ayında Əlaqələndirmə Bürosunun Nazirlər Görüşündə Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Qadınlar Platformasının yaradılması üzərində işlərin getdiyini bəyan etməsindən bir neçə ay keçir.
Budur, artıq Azərbaycan sədr olaraq digər üzv ölkələrlə birgə Hərəkatın qadın ölçüsü istiqamətində də aktivləşməsi məqsədilə əməli addımlar atmaqdadır. Bu gün sizinlə birlikdə bu möhtəşəm konfransda qadın və qızların hüquqlarının qorunması və səlahiyyətləndirilməsi sahəsində ideya və təşəbbüslər ətrafında birləşə biləcəyimiz təşəbbüsün ilk təməl daşlarını qoymaqdayıq".
"Biz bu vasitə ilə insan hüquqlarının daha etibarlı qorunması sahəsində ən yaxşı təcrübələrin öyrənilməsinə, ədalət və humanizm ideallarına sadiq qalmaqla, beynəlxalq arenada ortaq maraqlarımızı qorumağa nail ola bilərik", - Komitə sədri bildirib.
Qeyd edək ki, bu gün Bakı "Qadın hüquqlarının inkişafı və qadınların səlahiyyətləndirilməsi" mövzusunda beynəlxalq konfransa ev sahibliyi edir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.
Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun cari ilin iyul ayında nazirlər səviyyəsində təşkil edilən iclasında səsləndirdiyi təşəbbüslər əsasında keçirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
XƏBƏR LENTİ
-
Rusiya Kiyevdə xəstəxanaya zərbə endirib, yaralılar var
-
Hasil Abbasov vəzifəsindən azad edildi
-
Niderland və Slovakiyada benzin və dizelin qiyməti qalxdı
-
BTQ BMT Baş Assambleyası çərçivəsində qayıtmaq hüququ və dekolonizasiyaya həsr olunmuş tədbir keçirib - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycanda bu il dəniz suyunun duzsuzlaşdırılması layihəsinin icrasına başlanılacaq
-
Yurgen Klopp Almaniya millisinin tarixində ən pis starta imza atıb
-
Prezidentin yüksək vəzifə verdiyi Hacıbaba Babayev kimdir? - dosye
-
Şuşada avtomobil minaya düşdü - xəsarət alan var
-
Gədəbəy rayonuna icra başçısı təyin edilib
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Naftalan şəhərinə icra başçısı təyin edilib
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Qaradağ rayonuna icra başçısı təyin edilib
-
Aedan Skipionun saçlarına görə rəqibi iki qırmızı vərəqə aldı - (Video)
-
27 Sentyabr – Anım Günü “Azərxalça” ASC-nin emalatxanalarında qeyd olunub - (Foto)
-
Dünya Bankı: Orta Dəhliz Azərbaycanın ÜDM-ni 1,3 mlrd. dollar artıra bilər
-
“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir - (Foto)
-
Bakıda qızının nişanlısını öldürən şəxsə hökm oxundu
-
Ağdaşda 11 kənddə qaz kəsiləcək
-
Kolleclərə boş qalan yerlər üzrə qəbulun nəticələri elan edildi
-
Əvəz Zeynallının dəfn yeri açıqlandı - (Yenilənib)
-
Türkiyədə qanunsuz mərc əməliyyatı: 45 nəfər saxlanıldı
-
Aqrar sahədə hansı texnikalara güzəşt ediləcək?





