Ölkə

“Azərpoçt”un adından vətəndaşlara SMS-lər yollanır - Bir hərfə diqqət etməsəniz...

19 Noyabr 2023 17:31
Baxış: 1 326

"Azərpoçt"un müştəriləri, eləcə də digər vətəndaşlar dələduzların hədəfinə çevriliblər.

Belə ki, poçt vasitəsilə onlayn alış-veriş edən şəxsin telefon nömrəsinə çatdırılacaq məhsulla bağlı yalan-yanlış mesajlar gəlir.

Göndərilən linkdə bir hərfə diqqət etmədikdə isə işbazların qurbanı olursunuz. Yəni həmin mesajda "Azərpoçt" yox, "Azərpost" yazılır.

Məsələ ilə bağlı "Azərpoçt"dan bildirilib ki, sözügedən qurum bağlama çatdırılmasının ödənişini onlayn qaydada həyata keçirmir və heç bir halda vətəndaşa məxsus kart məlumatlarını tələb etmir.

Vətəndaşlara "Azərpoçt"la bağlı şübhəli mesajlar gəldikdə "169" çağrı mərkəzinə zəng etmələri, eləcə də göndərilən linklərə diqqətli və həssas yanaşmaq tövsiyə olunur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics