Zirəddinin bu sirrinin üstü açıldı: indiyədək bilinənlər yalan imiş – Sensasion etiraf
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hər kəsin ekstrasens kimi tanıdığı Zirəddin Rzayev bədii yaradıcılıqla məşğul olmağa başlayıb.
Hətta onun yazdığı qəzəli Xalq artisti Gülyanaq Məmmədova muğam üstündə ifa edib. Maraqlısı da odur ki, Z.Rzayev yaradıcılığında "Ziyaəddin" təxəllüsündən istifadə edir.
Maraqlıdır, bundan sonra ekstrasens hansı işlə məşğul olacaq? Qəzəlxanlıq edəcək, yoxsa?..
Mili.Az xəbər verir ki, Globalinfo.az-a danışan Rusiyada yaşayan azərbaycanlı klinik psixoloq, ekstrasens Zirəddin Rzayev hazırda fəaliyyətini kliniki psixoloq və ekstrasens kimi davam etdirdiyini bildirib.
O deyib ki, həm də ictimai xadim və politoloq kimi də aktiv addımlar atır:
"Bu, mənim sahəmdir. İndi yerindən qalxan politoloq, psixoloq olduğunu deyir, amma baxdıqda onun politologiya və psixologiyadan bixəbər olduğunu görürük. Özüm Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişəm, ixtisaslaşmış filosofam. Fəlsəfə politologiyanın əsas sütunlarından biri hesab edilir. Bundan başqa, həm də Rusiya Dövlət Dumasının əməkdaşı, Rusiya İctimai Palatanın komissiya üzvüyəm. Yaradıcılıq məsələsinə gəldikdə isə bu, karyera deyil, mənəvi və intellektual hobbidir".
Zirəddin Rzayev şəmkirli kimi tanınsa da, əslən qarabağlı olduğunu qeyd edib:
"Qarabağlı olduğumu bu vaxta kimi açıqlamamışam, amma əslən ağdamlıyam. Ağdamlı olduğum üçün səsim çoxlarına xoş gəlir. Həm də mən orta musiqi təhsilliyəm, skripka ixtisası üzrə təhsil almışam. Onu da deyim ki, babam Pənah kişi Ağdamın tanınmış klarnet ustalarından olub. Ədəbiyyatı çox sevdiyim üçün qəzəllər və şeirlər yazıram. Yazdığım qəzəllərdən birini Xalq artisti Gülyaz Məmmədova möhtəşəm şəkildə ifa edib. Xalq artistləri Brilliant Dadaşova və Nazpəri Dostəliyeva da mənim qəzəllərimi müsbət dəyərləndirirlər. Hətta Nazpəri xanım qəzəllərdən birinə mahnı bəstələmək istədiyini də dilə gətirdi".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Vətəndaş müraciətləri dəyişir - Yeni qaydalar gəlir
-
"Turan Tovuz" çempion oldu - Klub prezidentinin sevinci DİQQƏT ÇƏKDİ - VİDEO
-
Şəmkirdə yanğın - 20 baş heyvan tələf oldu
-
Azərbaycanda lizinq faizləri enəcək - Bəs vətəndaş nə qazanacaq? - ARAŞDIRMA
-
Bakıda 1 yaşlı körpə ÖLDÜ
-
Futbolda sarı kart ləğv EDİLİR?
-
Rusiyada Ermənistan istehsalı suyun satışı dayandırıldı
-
BDYPİ piyadalara çağırış etdi
-
"iOS 26.5 Beta 4" istifadəyə verildi - Hansı yeniliklər var?
-
Pünhan Piriyev həmin qalmaqallı VİDEOsundan danışdı
-
Bakıda küləyin sürəti 28 m/s-yə çatdı - FAKTİKİ HAVA
-
Kamaləddin Qafarov: “Azərbaycan-Çexiya tərəfdaşlığında yeni mərhələ başlayır”
-
Universitetlərdə dərslər bu tarixdə BİTƏCƏK
-
Abituriyentlər üçün son xəbərdarlıq: Qeydiyyat bitir
-
Bu dörd BÜRCÜN kişilərinin gözü yalnız arvadlarını görür
-
Nikaha hazırlaşanlara VACİB XƏBƏR: Sənədlərlə bağlı problem yarana bilər
-
ÇL: Yarımfinal mərhələsinə start verilir
-
"Çelsi"nin yeni baş məşqçisi kim olacaq?
-
“Azparkinq”in yeri özəlləşdirilib - İDDİA
-
Rusiyada VPN tətbiqlərinin yüklənməsi 14 dəfə artıb
-
"Real" gənc ulduzu ilə bağlı QƏRAR VERDİ
-
Məşhur aktyordan məyusedici XƏBƏR - FOTO
-
Tikinti materialları və su nasosu Kontakt.az-da - Ev və təmir üçün nə seçək?
-
Tanınmış bloqerin evi YANDI: "Dəhşət idi" - FOTOlar





