Ölkə

Buna görə Azərbaycanı təhdidlər gözləyir

6 Noyabr 2023 17:47
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tullantıların idarə olunması regionlarda zəif gedir. Təmiz şəhər modelini regionlara daşınmasına ehtiyac var.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, daha bir problem iqlim dəyişikliklərinin törədəcəyi fəsadlardır:

"Bu sahə üçün gələn ilin dövlət büdcəsindən ayrılan vəsait bu illə müqayisədə az artımdır. Vəsait kiçik həcmdə artırılsa da, görülən işlər yerində qalır. Su resurslarından səmərli istifadəni önə çıxarmaq lazımdır. Dünyanı, eləcə də Azərbaycanı təhdidlər gözləyir. Çünki ölkəmiz azsulu ölkələrdəndir. Hətta adambaşına düşən su sərfiyyatına görə bir çox dövlətdən dəfələrlə geridə qalır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.