Sərnişin və yükdaşıma fəaliyyətində vergitutma rejimi...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sərnişin və yükdaşıma fəaliyyəti üzrə vergitutma rejimi tənzimlənəcək.
Trend xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"ndə əksini tapıb.
Layihəyə əsasən, ölkədaxili yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin vergi rejiminin "Fərqlənmə nişanı" almaqla sadələşdirilmiş qaydada yerinə yetirilməsi ləğv olunacaq. Həmin şəxslər rüb ərzində 30% limit nəzərə alınmaqla, vergi öhdəliklərini 2% dərəcə ilə sadələşdirilmiş vergi və ya mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirəcəklər. Eyni zamanda dövriyyə 200 min manatı keçdikdə məcburən ƏDV qeydiyyatı öhdəliyi yaranacaq.
Sərnişin daşıma ilə məşğul olanlara (taksi istisna olmaqla) münasibətdə isə mövcud vergi rejimi saxlanılır. Bu şəxslərə göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edərsə könüllü qaydada ƏDV qeydiyyatına durmaqla fəaliyyətlərini mənfəət (gəlir vergisinin) və ƏDV-nin ödəyicisi kimi davam etdirmək hüququ verilir.
Qeyd edilib ki, yükdaşıma sahəsində dəyişikliklərdə məqsəd sui-istifadə hallarının qarşısını almaqdır. Çünki göstərilən xidmətlərin dəyərindən asılı olmayaraq biznesə göstərilən yükdaşıma xidmətlərinin vergi yükü sabit məbləğdə (avtomobilin yükgötürmə qabiliyyəti hər tona görə 1 manat olmaqla) müəyyən edildiyindən mövcud rejim vergi yükünü azaltmaq məqsədilə bu xidmətlərin alıcılara süni şəkildə ötürülməsinə münbit şərait yaradır, büdcəyə çatası verginin azalmasına səbəb olur, eyni zamanda pul vəsaitlərinin nağdılaşdırılması alətinə çevrilir.
Nəzərə çatdırılıb ki, 2022-ci ilin nəticələri üçün yalnız daşıma fəaliyyətini həyata keçirən və ƏDV və mənfəət rejimində olmayan subyektlər tərəfindən göstərilən xidmətlərin dəyəri 291 milyon manat olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dünyanın ilk heyvansız "ferma"sı açıldı - Təbii ətdən seçilməyəcək - VİDEO
-
Amerikalı müğənni helikopter qəzasında öldü - FOTO
-
ABŞ və İranın razılaşdırdığı memorandum 14 maddədən ibarətdir - TAM SİYAHI
-
Ən yalançı BÜRCLƏR
-
Ərdoğan ABŞ-İran razılaşmasından yazdı
-
Azərbaycanda çimərlik mövsümünə start verilir
-
İlham Əliyev: Ölkəmiz regionda davamlı sülh və sabitlik mühitinin yaradılması istiqamətində qətiyyətli siyasət həyata keçirir
-
Ulu Öndər Heydər Əliyevin nadir görüntüləri - VİDEO
-
Oğuzda ağır QƏZA: Bir ailə xəstəxanalıq oldu
-
Prezident İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
-
Onun da qızı məzun oldu - FOTOlar
-
Tramp İranla sazişdən danışdı: "Hamını təbrik edirəm!”
-
Neft son 3 ayda ilk dəfə bu qədər ucuzlaşdı
-
“Gimnastika hamı üçün” həyəcanı başa çatıb - FOTO
-
Rusiya ordusu Kiyevi dron və raketlərlə vurdu
-
Dünya çempionatı: Fil Dişi Sahili və İsveç qalib gəldi
-
Hamının içində gülüb təklikdə darmadağın olan 4 bürc
-
Son zamanların ən populyar ləzzəti - Dulce de Leche
-
Azərbaycanlı məşhurların həyat yoldaşları ilə FOTOları
-
Bir vaxtlar xəbər aparıcısı idi, indi isə KRALİÇADIR - VİDEO
-
Hovuz suyunun gözlərə zərəri
-
Öpüşmək zamanı etdiyimiz səhvlər
-
DÇ-2026: Niderland - Yaponiya oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB
-
Almanlar bu dünyada "cənnəti yaşayırlar" - Müzakirə yaradan GÖRÜNTÜ - VİDEO





