Ölkə

Əhaliyə XƏBƏRDARLIQ: Bu halda istilik verilməyəcək

24 Oktyabr 2023 07:15
Baxış: 1 855
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azəristiliktəchizat" əhali istehlakçı qrupu ilə müqavilələrin bağlanmasına başlayıb. Binaların girişinə bununla bağlı elanlar da vurulub.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, Nazirlər Kabinetinin sentyabrın 5-də təsdiqlədiyi qaydalara əsasən, istilik və isti su təchizatı xidmətləri enerji təchizatı müəssisəsi ilə istehlakçı arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Artıq bununla bağlı prosesə başlanıb.

"Azəristiliktəchizat" ASC-dən bildirilib ki, sakinlərə müqavilənin mahiyyəti və zəruriliyi barəsində əvvəlcədən məlumat verilib. Müqavilə bağlanılmadığı halda istilik təchizatı xidmətlərindən istifadə qeyri-qanuni hesab olunacaq.

"Azəristiliktəchizat" ASC-nin şöbə rəisi Xəqani Süleymanlı bildirib ki, müqavilə bağlamayan şəxslər məhdudiyyətlə qarşılaşaqcaqlar.

Qeyd edilib ki, noyabrın 15-dən ölkə ərazisində istilik mövsümünə start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.