Ölkə

Bakının mərkəzində boş torpaq sahəsi azalıb - VİDEO

23 Oktyabr 2023 13:25
Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Növbəti ildən etibarən Bakıda torpağın qiymətinin bahalaşacağı gözlənilir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əmlak məsələləri üzrə ekspertlər hesab edirlər ki, paytaxtın mərkəzində, 1-ci və 2-ci zonada torpaq sahəsi qıt olduğundan tikinti şirkətləri çoxmərtəbəli binaların inşası üçün kənar ərazilərə üstünlük verirlər. Bu da həmin ərazilərdə torpağın qiymətinin artmasına şərait yaradır.

Əmlak eksperti Nofəl Quliyev deyib ki, bəzən MTK-lar şəhərin mərkəzi hissələrində köhnə yaşayış binalarını söküb yerində çoxmərtəbəli bina tikməkdə maraqlı deyillər. Səbəb isə bəzi hallarda MTK-larla sakinlər arasında kompensasiya və aylıq kirayə ödənişinin məbləği məsələsində razılığa gələ bilməməsidir. Buna görə də  tikinti şirkətləri bu cür layihələri icra etməkdən boyun qaçırırlar və onlar şəhərdən kənarda binalar tikməyə üstünlük verirlər.

Ekspert hesab edir ki, yüksək qiymətə alınan torpaq sahəsində tikiləcək komplekslərdə mənzillərin baha satılacağı istisina edilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.