Ölkə

Özbəkistan-Azərbaycan səhiyyə ongünlüyü keçiriləcək

28 Sentyabr 2023 19:47
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Özbəkistanda oktyabrın 2-dən 11-dək Özbəkistan-Azərbaycan səhiyyə ongünlüyü keçiriləcək.

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"10 gün ərzində ixtisaslaşmış tibb mərkəzləri və aparıcı regional tibb müəssisələrində yüksək texnologiyalı əməliyyatlar, oftalmologiya, onkologiya, ginekologiya və digər istiqamətlər üzrə birgə konsultasiyalar keçiriləcək", - məlumatda qeyd edilib.

Eləcə də, səhiyyə, əczaçılıq, tibb təhsili və elmin rəqəmsallaşdırılması sahəsində gələcək əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.