Ölkə

Saxta ödəniş portalı yaradılıb - XƏBƏRDARLIQ

25 Sentyabr 2023 15:53
Baxış: 1 094
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kiberdələduzlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq edilən cərimələrin ödənilməsi adı ilə saxta ödəniş portalı yaradıb.

Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.

Saxta portal vasitəsilə vətəndaşlar tərəfindən bank və digər fərdi məlumatlarını daxil edərək, tətbiq olunan cərimənin ödənilməsi nəzərdə tutulur.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə saxta veb-səhifələrə etimad etməməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə təqdim etməməyi, yalnız dövlət qurumları tərəfindən təqdim edilən rəsmi ödəniş portalları vasitəsilə ödəniş etməyi tövsiyə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.