Ölkə

Bu il yeni doğulan körpələrin sayı məlum olub

13 Sentyabr 2023 17:51
Baxış: 780
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, cari ilin yanvar-iyul aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 64627 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 12,2-dən 11,0-a düşüb.

Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olmuşdur. Doğulan körpələrdən 1972-si əkiz, 93-ü üçəm, 4-ü isə dördəm olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.