Ölkə

Daha bir xəstəxanaya yeni direktor təyin olundu

12 Sentyabr 2023 16:54
Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Milli.Az-a verilən məlumata görə,TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Xəstəxananın direktoru vəzifəsi tibb üzrə fəlsəfə doktoru Həsən Hüseynova həvalə olunub.

TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Həsən Hüseynovu kollektivə təqdim edib.

Qeyd edək ki, H.Hüseynov 1986-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib, 1990-1992-ci illərdə Yaroslavl Dövlət Tibb İnstitutunda klinik ordinaturada təhsil alıb.

H.Hüseynov Naxçıvan Respublika Xəstəxanasında, akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində anestezioloq-reanimatolaq, Mərkəzi Gömrük Hospitalında baş həkim, Bərdə Müalicə Diaqnostika Mərkəzində, Sumqayıt 1 saylı Şəhər Xəstəxanasında direktor vəzifələrində çalışıb.

O, hazırkı təyinatınadək Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində fəaliyyət göstərib.

 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.