Ölkə

Qızları xilas edərkən boğulub ölən oğlanın FOTOsu

9 Avqust 2023 13:30
Baxış: 3 359
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, ötən gün Lənkəranda gənc oğlan və yeniyetmə qız dənizdə boğulub.

Milli.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, faciəvi şəkildə ölənlər 22 yaşlı Ramin Məmmədzadə və 15 yaşlı Aysu Qəhrəmanzadədir.

Məlumata əsasən, A.Qəhrəmanzadə ilə birgə 20 yaşlı xalası qızı Zeynəb Əliyeva da boğulmaq üzrə olub.

Həmin vaxt dənizdə olan Ramin Məmmədzadə köməyə getsə də, yalnız Zeynəbi xilas edə bilib. R.Məmmədzadə və yeniyetmə Aysun boğularaq ölüblər.

R.Məmmədzadənin idmançı olduğu bildirilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.