Ölkə

300 kiloqram xəstə atları KƏSİB SATDILAR - VİDEO

8 Avqust 2023 14:04
Baxış: 1 068
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Şamaxıda xəstə atları kəsib satmaq istəyən şəxslər saxlanılıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Şamaxı polisi tərəfindən istehlaka yararsız at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. Rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə məlumat  daxil olub. Həyata keçirilmiş tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov yaxalanıblar.

Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, Mehman Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakıda satmaq niyyətində olublar.

Ətlərdən müvafiq nümunələr götürülərək Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib.

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.