Ölkə

"Binəqədidə bu ərazinin yolu bərbad olduğundan Təcili Yardım Çağırışı belə gəlmir"... - VİDEO

6 Avqust 2023 13:51
Baxış: 607
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Paytaxtın Binəqədi qəsəbəsinin bir qrup sakini, küçələrinin vəziyyətindən narazıdır.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, görüntülər Fəxrəddin Qurbanov və birinci mədən küçələrindəndir.

Sakinlər iddia edir ki, bir neçə ay bundan əvvəl yaşadıqları küçəyə su və kanalizasiya xəttdi çəkilib. İşlər bitdikdən sonra isə aidiyyəti qurum qazılmış yolu bərpa etməyib.

Məsələ ilə bağlı "Azərsu" ASC-dən bildirilib ki, qeyd olunan ərazidə kanalizasiya şəbəkəsi yaradılıb və evlərə birləşmələr verilib. ''Asfalt örtüyünün bərpasına gəlincə, layihədə yalnız qazılmış hissənin bərpası nəzərdə tutulsa da, sakinlər bütün küçə və dalanların asfaltlanmasını təkidlə tələb edirlər. Bununla əlaqədar gələn həftə əraziyə qurumun mütəxəssisləri bir daha baxış keçirəcək və müvafiq qərar veriləcək''-deyə məlumatda bildirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.