Ölkə

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

6 İyul 2023 09:56
Baxış: 522
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Klassik avtomobil həvəskarlarını gözəl hədiyyə gözləyir: növbəti dəfə paytaxt küçələrini müxtəlif illərdə və ölkələrdə istehsal olunan klassik avtomobil karvanı bəzəyəcək.

Milli.Az bildirir ki, avqustun 26-da Azərbaycan Avtomobil Federasiyası (AAF) və "Zhara Events"in təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüşü keçiriləcək.

Artıq ənənə halını almış yürüş bu il fərqli formatda təşkil olunacaq. Avqustun 26-da Heydər Əliyev Mərkəzindən start götürəcək klassik avtomobillər "Sea Breeze" istirahət mərkəzinədək yürüş edəcəklər. "Sea Breeze" ərazisində isə avtomobillərin sərgisi və retro tərzdə konsert olacaq. Əyləncə proqramında viktorinalar keçiriləcək, müxtəlif nominasiyalarda hədiyyələr veriləcək.

Tədbirin ikinci günü - avqustun 27-də klassik avtomobillərin sərgisi və əyləncə proqramı davam edəcək.

Yürüşdə iştirak üçün 1983-cü ilədək istehsal olunan klassik avtomobillər 10 avqust 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilər. Avtomobillərin qeydiyyatı AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciətlə aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.