Beynəlxalq ictimaiyyət Ermənistanın ekoloji terroruna niyə səssiz qalır?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ukraynada Kaxovka su elektrik stansiyasının dağıdılması təbii fəlakətə səbəb olub, təxminən 60.000 kvadrat kilometr ərazidə yerləşən yüzə yaxın şəhər və kənd fəlakətin təsirinə məruz qalıb. Beynəlxalq ictimaiyyət fəalkətə dərhal reaksiya verərək Ukraynanın müdafiəsinə qalxıb. Əlbəttə ki, fəlakətə dərhal reaksiya verilməsi müsbət haldır, ancaq Azərbaycan əraziləri Ermənistan tərəfindən ekoloji terrora məruz qalanda beynəlxalq ictimaiyyət susqunluq nümayiş etdirirdi və hələ də Ermənistanın bu çirkin əməllərinə beynəlxalq ictimaiyyət tərəfindən qiymət verilməyib.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
A.Həsənova bildirib ki, ermənilər 30 illik işğal dövründə Azərbaycan ərazilərində ekoloji terror törədib, təbii sərvələrimizi talan edib.
"30 il Azərbaycan torpaqlarını işğal altında saxladıqları müddətdə ermənilərin törətdiyi ekoloji terrorun, təbiətə vurduqları ziyanın miqyası o qədər böyükdür ki, onu heç zaman tamamilə aradan qaldırmaq mümkün olmayacaq. Ermənilərin törətdiyi ekoloji vəhşilik, meşələri, flora və faunaları məhv etməsi, çayları çirkləndirməsi təkcə Azərbaycana qarşı deyil, bütün dünyaya qarşı bir cinayətdir, çünki ermənilərin bu vəhşiliyi nəticəsində regionda ekoloji balans pozulub.
Rəqəmlərə diqqət yetirsək ermənilərin təbiətə qarşı törətdiyi vəhşiliyin nə qədər böyük miqyasda olduğunu aydın görə bilərik. Belə ki, məlumatlara əsasən, işğala məruz qalan torpaqlarımızda 280 min hektar meşə sahəsi olub və bundan 13197,5 hektarı qiymətli ağac növləri olub. İşğaldan azad olunmuş Zəngilan, Ağdam, Kəlbəcər, Qubadlı və digər rayonlarda qiymətli ağac növlərinin çoxu yarımfabrikat kimi xarici ölkələrə daşınıb. Yəni işğal dövründə bütün maddi sərvətlər talan olunub, meşələr kəsilərək satılıb, təbii resurslar qarət edilib", - deyə A.Həsənova bildirib."
Deputat vurğulayıb ki, ermənilər həmçinin su və çaylar vasitəsilə ekoloji terror törədiblər: "Belə ki, Ermənistanın ekoloji terroru nəticəsində su ehtiyatları, çaylar da çirklənməyə məruz qalıb. Bunun nəticəsində Azərbaycan ərazisindən keçən Araz çayının 43 kilometr hissəsində mikroflora və mikrofauna məhv edilib və suyun tərkibindəki ağır metalların miqdarı normadan dəfələrlə çoxdur", - deyə deputat əlavə edib.
O qeyd edib ki, Ermənistan tərəfindən ətraf mühitə qarşı bu cür qəddar və qeyri-humanist hərəkətlər beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla nümayiş etdirilib və bu gün heç bir reaksiya verilmir. "Bu bir daha beynəlxalq ictimaiyyətin, müvafiq beynəlxalq təşkilatların ikili yanaşmasının bariz nümunəsidir. Bir ölkədə baş verən hadisəyə dərhal reaksiya verilir, digər bir ölkədə olan ekoloji terrora isə susqunluq nümayiş etdirilir. Hesab edirəm ki, bu ikili standartlara son qoyulmalı ermənilərin ərazilərimizdə törətdiyi ekoloji terror beynəlxalq ictimaiyyət tərəfindən şiddətlə qınanmalı və Ermənistan bu ekoloji terrora görə cavab verməlidir", - deyə deputat əlavə edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
XƏBƏR LENTİ
-
Berdiyevdən Sadıqovun hakim iradına reaksiya
-
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Ağstafada qadını hamamda elektrik cərəyanı vuraraq öldürüb
-
Rəşad Sadıqovla hakim arasında gərginlik - (Video)
-
"Hakimlər üzərində təzyiq yaradılır" - Rəşad Sadıqov
-
Bakıda 4 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
-
“Barselona” Rafinya ilə bağlı qərarını verdi
-
Faiq Ağayev və Zümrüd Bədəlova 1 il sonra barışdılar
-
""Real"ı izləyirəm, daim məğlub olmalarını istəyirəm" - Yamal
-
Şamaxıda Üzüm və Şərab Festivalının açılış mərasimi keçirilib - (Foto)
-
Beren Saatdan “Arsen Hanım”a vida…
-
Türkiyədə kişi şalvar geyinən arvadını öldürdü
-
“Uzak şehir”in ulduzu Şövkət Ələkbərovanı dinlədi - (Video)
-
Bakıda qadın turisti oteldə qarət etdi
-
Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə ağır cəza
-
Aygün Kazımova toyda sinif yoldaşı ilə qarşılaşdı - (Video)
-
Türk Dünyası Bəstəkarlar İttifaqının – "Turkic Union of Composers" yaradılması haqqında Bakı Bəyannaməsi imzalanıb - (Foto)
-
Şahməddin Abdullayevə vəzifə verildi
-
Sumqayıtda ərini bıçaqlamaqda şübhəli bilinən qadın tibb müəssisəsinə yerləşdirilib - Yenilənib
-
Göygölə dolu düşüb
-
Bilgəhdə iki nəfər dənizdə batıb
-
Yeni "iPhone" satışa çıxdı: "Apple" əməkdaşları etirazlara başladılar
-
Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - (Foto)
-
Rusiya hələ də Türkiyədən cavab gözləyir





