Ölkə

21 kq narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb - FOTO

6 May 2023 11:34
Baxış: 945
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumilikdə 21 kiloqram 582 qram narkotik vasitələrin və 1500 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən "metadon M-40" həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Milli.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.

Məlumata görə, may ayının 4-də saat 06:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 2 ədəd bağlamada ümumi çəkisi 15 kiloqram 862 qram narkotik vasitə (14 kiloqram 906 qram narkotik vasitə marixuana, 676 qram heroin, 280 qram metamfetam) və narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1500 ədəd "metadon M-40" həbi aşkar olunub.

May ayının 5-də saat 20:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 ədəd bağlamada ümumi çəkisi 5 kiloqram 720 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.