Ölkə

Beynəlxalq axtarışa verilmiş şəxs Azərbaycana ekstradisiya edildi

6 Aprel 2023 12:35
Baxış: 1 215
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Moldova Respublikasının Baş Prokurorluğu tərəfindən "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22.01.1993-cü il tarixli Konvensiyaya əsasən Türkiyə Respublikasının vətəndaşı Kıvcı Abdulkadirin ekstradisiyası haqqında qərar qəbul edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsində istintaq olunan cinayət işi üzrə Kıvcı Abdulkadirin qabaqcadan əlbir olduğu bir qrup şəxslə qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda dərman vasitələrinin qanunsuz dövriyyəsini təşkil etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində beynəlxalq axtarış elan edilib.

Kıvcı Abdulkadir Moldova Respublikasının ərazisində saxlanılaraq aprelin 5-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə ölkəmizə gətirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.