Ölkə

DSX rəsmiləri və döyüş yoldaşları şəhidin məzarını ziyarət ediblər - FOTO

29 Mart 2023 10:46
Baxış: 1 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mart ayının 28-də Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Vətən Müharibəsi Qəhrəmanı Yusifli Azər Nazim oğlunun doğum günü ilə əlaqədar xatirəsi anılmışdır.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Milli.Az-a bildirilib ki, şəhidimizin doğulub boya-başa çatdığı Ağstafa rayonunun Böyük Kəsik kəndində keçirilmiş anım mərasimində Dövlət Sərhəd Xidmətinin rəsmiləri, rayon rəhbərliyi, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşları iştirak etmişlər.

Şəhidin məzarı ziyarət olunmuş, önünə əklil qoyulmuş, ruhuna dualar oxunmuşdur.

Tədbir iştirakçıları tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin siyasi liderlik və sərkərdəlik məharətindən, Silahlı Qüvvələrimizin rəşadəti sayəsində qazanılmış möhtəşəm qələbədən danışmış, döyüşlərin başladığı ilk gündən qəhrəman oğulların sərhədçi andına sadiq qalaraq şücaət və fədakarlıq nümayiş etdirdiklərini, qarşıya qoyulan döyüş tapşırıqlarını canları bahasına layiqincə yerinə yetirərək şəhidlik zirvəsinə yüksəldiklərini vurğulamışlar.

Vətən müharibəsində bizə qələbə sevinci yaşatmış şəhidlərimizin əziz xatirəsinin hər zaman sonsuz ehtiram və minnətdarlıqla anılacağı, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün nümunə olacağı xüsusi qeyd edilmişdir.

Şəhidimizin ailə üzvləri dövlətimiz tərəfindən onlara göstərilən diqqət və qayğıya, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin uca tutulduğuna görə minnətdarlıqlarını bildirmişlər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.