Ölkə

Füzulidə ilk yaşayış məhəlləsi nə vaxt hazır olacaq?

20 Mart 2023 23:53
Baxış: 1 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Builki Novruz bayramı bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Talış kəndinə bir neçə gün əvvəl köçmüş sakinlər bayramı ilk dəfə öz doğma torpaqlarında, evlərində qeyd edirlər. Əlamətdar günlə əlaqədar kənddə gözəl bayram tədbiri təşkil olunub.

Milli.Az xəbər verir ki, bu sözləri Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Talış kəndində AZƏRTAC-a açıqlamasında deyib.

Qarabağ iqtisadi rayonunda həyata keçirilən bərpa-quruculuq işləri barədə məlumat verən E.Hüseynov bildirib ki, bu işlər "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində həyata keçirilir. Prosesin davamı olaraq, növbəti mərhələdə 158 ailənin Talış kəndinə köçürülməsi üçün quruculuq işləri davam edəcək. Bu işlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Ümumilikdə isə bu ilin sonunadək Füzuli şəhərində ilk yaşayış məhəlləsinin tikintisinin yekunlaşdırılması nəzərdə tutulur. Ağdam, Füzuli və Xocavənd rayonlarında bir sıra kəndlərdə artıq torpaq işlərinə başlanılacaq, bərpa-quruculuq işlərinə start veriləcək. Bir il, il yarım ərzində bu kəndlər də bərpa olunacaq və soydaşlarımız doğma torpaqlarına qayıdacaqlar. Talış kəndində olduğu kimi, digər kəndlərimizdə də sakinlər sağlam və firavan həyat sürəcəklər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.