Ağdamda işğal dövründə yaranmış tikinti-söküntü tullantıları təkrar emal ediləcək - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdamda işğal dövründə yaranmış tikinti-söküntü tullantıları təkrar emal edilərək tikinti-quruculuq işlərində istifadə olunacaq.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Ağdam şəhərindəki konfrans mərkəzində BMT-nin Ətraf Mühit Proqramı tərəfindən (UNEP) Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı hazırlanmış hesabatın təqdimatı təşkil edilib.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ətraf mühitə dəymiş zərərlərin aradan qaldırılmasına beynəlxalq dəstəyin göstərilməsi məqsədilə BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ekspertlərinin ötən il işğaldan azad olunmuş ərazilərə qiymətləndirmə səfəri həyata keçirilib. Ərazilərdə tikinti-söküntü tullantılarının idarə olunması üçün Şuşa şəhəri və Ağdam rayonu ərazilərindən götürülmüş tikinti-söküntü nümunələri üzərində laborator təhlillər aparılıb, tullantıların təkrar emal edilərək tikintidə istifadəyə yararlı olduğu müəyyən olunub.
Təqdimat mərasimində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və müvafiq dövlət qurumlarının nümayəndələri, İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Prezidentinin xüsusi nümayəndəlikləri, "Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin, "Şərqi Zəngəzur İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin əməkdaşları, həmçinin tikinti sahəsində təcrübəyə malik yerli şirkət nümayəndələri iştirak edib.
Tədbirdə Ağdam rayonunda planlaşdırılan yenidənqurma və bərpa işləri, tikinti-söküntü tullantılarının miqdarı və təkrar emal imkanları daxil olmaqla, dağıntıların qiymətləndirilməsi və təkrar emalı ssenarilərinin əsas nəticələri ilə bağlı müzakirələr aparılıb, təkliflər dinlənilib.
Təqdim edilmiş hesabat əsasında Ağdam rayonunda tikinti-söküntü tullantılarının idarə edilməsi ilə bağlı Fəaliyyət Planının hazırlanması istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi həyata keçirilib, bu təcrübədən istifadə edərək işğaldan azad edilmiş digər ərazilərdə də analoji fəaliyyətin planlaşdırılması qərara alınıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
Cəlilabadda yaşayış evində yanğın oldu
XƏBƏR LENTİ
-
Həbsxanaya göndərilən ayaqqabıdan narkotik tapıldı - (Foto)
-
Rodriqo bu tarixdə yaşıl meydanlara qayıdır
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
-
Uşağı məktəbə həvəsləndirməyin 7 sadə yolu - Valideynlər bunları bilməlidir
-
Tanınmış azərbaycanlı reperin 72 mindən çox kommunal borcu var
-
Hava yenidən pisləşir - Xəbərdarlıq
-
ÇL-nın final matçlarına ev sahibliyi edəcək stadionlar bəlli oldu
-
İran ABŞ-ın daha bir PUA-sını vurdu
-
Ərdoğan Azərbaycanı təbrik edib - (Foto)
-
Hakan Fidan Azərbaycan-Ermənistan arasında sülh danışıqları barədə danışıb
-
ABŞ kosmosda silah yerləşdirdi - Məqsəd nədir?
-
Cəlilabadda yaşayış evində yanğın oldu
-
İlk dərs günündə canlı yayım açıb elektron siqaret çəkdilər - (Video)
-
“Qodo həsrətində” adlı tamaşanın məşqləri davam edir - (Foto)
-
İki ayağını itirən qazimizin nişanından görüntülər - (Video)
-
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
-
Elza Seyidcahan illər sonra “tort qalmaqalı”ndan danışdı - Sirr açıldı - (Video)
-
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
-
Mbappedən Dembele ilə bağlı sərt sözlər
-
Astarada 74 yaşlı kişi evin damından yıxılaraq ölüb
-
Prezident İlham Əliyevin Bakıda keçirilən beynəlxalq konfransların iştirakçıları ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib - (Foto)
-
Aftandil Qurbanov vəfat etdi
-
Uşaqların sevimli onlayn oyunu: “Roblox”un təhlükələri nələrdir?





