13:38
Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb.
Daxili İşlər Nazirliyindən bildirilib ki, ölən H.Rüfət Rahib oğlu polis əməkdaşı deyil.
--------
13:20
Bakıda Əhmədlidəki hipermarketdə atışma nəticəsində zərərçəkənlərin adları məlum olub.
Milli.Az APA-ya istinadən bildirir ki, atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Ölən şəxs polis əməkdaşı Həsənov Rüfət Rahib oğludur. O başından güllələnib.
Yaralananlar isə Şaydayev Samir Ruslan oğlu kürək nahiyyəsindən 2 güllə yarası alıb. Adı açıqlanmayan 1 nəfər isə sağ ciynindən güllələnib.
Milli.Az