Ölkə

"Aşıq Muşqulat" yol polisində işə BAŞLADI - VİDEO

27 Fevral 2023 12:54
Baxış: 6 366
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq arasında Aşıq Muşqulat kimi tanınan Elnur Mahmudov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təşkili Şöbəsinə təyinat alıb. 

Milli.Az Avtosfer.az-a istinadən xəbər verir ki, Elnur Mahmudov təbliğat işlərinə cəlb olunub. Bir neçə gün əvvəl yol polisinin təşkil etdiyi təbliğat xarakterli tədbirdə çıxış edib. 

Qeyd edək ki, xalq arasında Aşıq Muşqulat adı ilə tanınan Elnur Mahmudov efirlərdə məzəli mahnıların ifaçısı kimi müxtəlif verilişlərdə çıxış edib.

İfa etdiyi "Fırlanem başına" mahnısında yol polislərinin ünvanına xoş sözləri ilə yadda qalıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.